Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2016

“Formula-1-ə görə gecəmiz-gündüzümüz yoxdur”

Yarış ərəfəsində gecələr Bakıda fəhlələr işləyir, gənclərsə əylənirlər

Gələn ay Bakıda keçiriləcək “Formula 1” yarışları artıq paytaxtın gecə həyatına da daxil olub. İyunun 17-19-da şəhərin mərkəzində baş tutacaq yarışa hazırlıq, eləcə də müxtəlif əyləncələr çoxdan başlayıb.

Hava çoxdan qaralıb şər qarışsa da, “Formula-1”i təbliğ edən kiçik məkanda könüllülər gitara çalıb rəqs eləyirlər.


Gənclər simulyatorlarda əylənir, “Formula 1”in rəmzi kubokunu başları üstünə qaldırıb şəkil çəkdirirlər.

Tələbə Vüqar Axundlu deyir ki, yarışların bileti baha olduğundan canlı izləyə bilməyəcək. Ona görə “Formula-1”-i əyləncə yerində hiss eləmək istəyir:

“Doğma şəhərimdə ilk dəfə belə yarış keçiriləcək. Tələbəyəm, bilet almağa imkanım yoxdur. Ancaq yaxşı ki, burda iştirak etməyə, əylənməyə imkan var. Biz də yarışı bu cür yaşayırıq. Baxmağa gəlincə, televizorda baxacağam”.

Əyləncə yerindəki hədiyyəli yarışlarda qaliblərə “Formula 1” qolbaqları hədiyyə olunur. Bir neçə ay əvvəl yarışın təbliğatı tədbirlərində bu qolbaqlar şəhər əhalisinə pulsuz paylanırdı.

Gecə-gündüz iş gedir

Əyləncə mərkəzindən bir az aralıda “Formula 1”-in afişalarını quran fəhlələr işləyir. Bundan başqa yarışların əsas izlənmə yeri sayılan Azadlıq meydanına oturacaqlar, Yusif Səfərov küçəsində isə yarışın iri reklamı – “Formula 1”-in rəmzi maşını quraşdırılır.

Gecə saatlarında işləyən fəhlələr deyir ki, yarışa bir neçə gün qalmışa qədər hər şey hazır olmalıdır. Buna görə onlara gecə-gündüz işləmək tapşırılıb. Adını çəkmək istəməyn fəhlələrdən biri növbəli iş rejimində işlədiklərini söyləyir. Ancaq gecə işinə görə onlara aldıqları maaşdan əlavə pul yazılmadığını deyir:

“Gecə işləyirik, daha çətindir. Əlavə maaş versəydilər, əlbəttə, yaxşı olardı. Ancaq buna da şükür”.

Özünü iş icraçısı kimi təqdim edən şəxsin sözlərinə görə, hazırda gecə işləmək zəruridir. Çünki gündüz gərək hərəkət tamamilə dayansın:

“Nəqliyyatın hərəkətinə görə gecə işləmək daha əlverişlidir”.

Keçən ilki birinci Avropa Oyunları ərəfəsində də şəhərdə gecə-gündüz hazırlıq işi gedirdi./azadliq.org/
436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı