Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Anar Məmmədliyə azadlıq tələbi ilə mitinq keçiriləcək

Anar Məmmədlinin müdafiə qrupu yanvar ayında Bakı Şəhər İcra Hakimiyyətinə etiraz mitinqi ilə bağlı müraciət edəcək. Həmçinin Avropa Şurasına da müraciət hazırlayır. Bunları Deyerler.Org-a Anar Məmmədlinin müdafiə qrupunun üzvü Zöhrab İsmayıl bildirib.

O qeyd edib ki, Anar Məmmədlinin beynəlxalq səviyyədə müdafiəsi təşkili ilə bağlı bir qrup yaradılıb: “Beynəlxalq səviyyədə isə daha aktual, daha önəmli məsələ olan AŞ PA-nın yanvar sessiyasına hazırlaşırıq. Bu sessiyada siyasi məhbuslarla bağlı məruzəçi təyin olunmalıdır. Bu siyasi məhbuslar üçün çox önəmli məsələdir.

Həmçinin Avropa Şurasına bir müraciət də hazırlanır. Bu müraciətdə həm siyasi məhbus problemi, həm hüquq azadlığı məsələsi, həm mülkiyyət hüquqları məsələsi və s. hüquqlar və azadlıqlar öz əksini tapacaq. Sadalanan məsələlərin AŞ PA-nın qış sessiyasında qaldırlmasına cəhd edəcəyik”.

Zöhrab İsmayıl qeyd edib ki, Anar Məmmədlinin həbsi siyasi sifariş olduğundan müdafiə prosesi əsasən bu istiqamətdə aparılır: “Hamı bilir ki, bu həbs siyasi bir həbsdir. Bu baxımdan işlərimizi bu istiqamətdə qurmuşuq. Əgər ortada hər hansı cinayətdən söhbət getsəydi, biz mübarizəmizi başqa cür qurardıq. Amma təbii ki, Anar Məmmədlinin hüquq müstəvisində də müdafiəsi təşkil olunub və onun bir neçə vəkili də var”.
1657 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56