Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2016

BƏƏ Yəməndə vuruşmaq üçün muzdlu döyüşçülər tutur

Birləşmiş Ərəb Əmirliyi ilə təhlükəsizlik xidməti göstərən özəl bir şirkətlə 529 milyon dollar dəyərində müqavilə imzalayıb ki, bu şirkət Yəmənə muzdlu döyüşçülər göndərsin.

Bu razılaşmanı təcavüzkar BƏƏ Silahlı Qüvvələri tərəfindən ordu komandiri İsa Seyf Məhəmməd Əl-Məzruyi və Əbu-Dabidə ofisi olan Təhlükəsizlik idarəetmə müşvirə şirkəti olan “Reflex Responses” şirkətinin nümayəndəsi Maykl Romi imzalayıb.

Razılığa əsasən, bu şirkət Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyada Yəmən xalqına qarşı vuruşmaq üçün BƏƏ-yə muzdlu döyüşçülər təmin edəcək.

Ərəbistan bir sıra ərəb ölkəsi ilə birlikdə ötən ilin martından Yəmənə qarşı hərətərəfli hücumlara başlayıb. Bu hücumların bəhanəsi Əbd Rəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaqdır. İndiyə qədər bu hücumlarda minlərlə nəfər ölüb və yaralanıb./maide/
262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber