Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2016

İran Rusiyada da dərman istehsal edəcək

“Yaxın bir ayda İranın Dərman İstehsalı şirkətinin məsul şəxsləri Bakıya gedəcək, Azərbaycanda dərman preparatlarının paylanması və istehsalının birinci fazası üzrə imzalanmış müqavilənin yeni mərhələsi icra olunacaq”.

Bunu apa-nın İran bürosuna İranın Sosial Müdafiə Təşkilatının (SMT) İdarə Heyətinin sədri və İranın Dərman Sənayesi sindikatının sədri Abbas Kebriyayizadə deyib. A. Kebriyayizadə bildirilib ki, Bakıda SMT dərman yayımı şöbəsi fəaliyyət göstərəcək: “Ötən həftə İranın “Darupəxş” (Dərman yayımı) şirkətinin Bakı nümayəndəliyinin müdiri təyin olunub. Tezliklə Bakıda dərman istehsalı zavodunun tikilməsi üçün torpaq sahəsi ayrılacaq və müqaviləyə əsasən, biz işi dərmanların qablaşdırılması ilə başlayacağıq. Yaxın vaxtlarda istehsala da start veriləcək”.

A. Kebriyayizadə İranla Rusiyada arasında da dərman istehsalına dair müqavilə imzalandığını xatırladıb. “Əvvəlcə bu ölkədə iki adda dərmanın istehsalına başlanılacaq. İlin sonunadək Rusiyada istehsal olunacaq dərmanların sayı 4-ə çatdırılacaq” – deyə o bildirib.
386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00