Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2016

Xanımını Allahın evinə yola salıb, özü Allahla görüşə gedən pilot

Hərbi eskadrilya komandiri general-mayor, təyyarəçi şəhid Abbas Babayinin xanımı Məlihə (Siddiqə) Hikmət 58 yaşında dünyasını dəyişib. Babayi 60 əməliyyat uçuşundan sonra 37 yaşında şəhadət dərəcəsinə çatıb. Bu səmavi ailənin xatirələrini mərhum Məlihə xanımın dilindən eşidək:
Abbas dedi ki, Allah istəsə həccə gedərik. Çox sevindim... İkimiz də həcc səfərinə hazırlaşdıq. Vaxtı çatanda dedi ki, mən qalıram, mənim həccim neft tankerlərini körfəzdən salamat keçirməkdir. Fikrə getdi. Dedi mənim tabutumu görsən nə edərsən? And verdim ki, belə danışmasın. Dedi: Mən çoxdan getməli idim. Sənin səbrin olmadığı üçün Allah saxladı. Amma hiss edirəm ki, artıq vaxtdır...
Sonra dedi sən get, mən də özümü Qurban gününə çatdıraram. Dedi Kəbəni görəndə dua et ki, müharibə başa çatsın. Yola düşdük. Ehram libasında idim, zəng vurdu. Dedi Ərəfatda Allahdan səbr istə, daha məni görməyəcəksən. Dedi qayıdanda məbada ağlayasan... Nə hal keçirdiyimi təsəvvür etmək qeyri-mümkündür. O məni Allahın evinə yola saldı, özü Allahın görüşünə gedirdi... Qurban günü şəhid olmuşdu. İmam Xomeyni (r) tapşırmışdı ki, dəfn etməyin, gözləyin xanımı həcdən qayıtsın. Qayıtdım, görüşünə getdim. Üzündə təbəssüm vardı. İcazə versəydilər ömrümün sonuna qədər cənazəsindən ayrılmaz, onunla söhbət edərdim...





Vilayet.info
1604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber