Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2016

Ali Rəhbər Xubriqan Məclisinin üzvləri ilə görüşdü - FOTO

 Ali Rəhbər  Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və  üzvləri ilə bu gün (cümə axşamı) səhər  görüşüb.
Görüş Xubriqan Məclisinin yeni sədri Ayətullah  Cənnətinin seçilməsinin ardınca baş tutub.  
 
Görüşdə Ayətullah Xamenei  Xubreqan Məclisini böyük fenomen adlandırıb və deyib ki, Xubreqan Məclisi ilahi bir nemətdir. “Müxtəlif məsələlər barədə müzakirə etmək, istək və mövqelərin bildirilməsi bu məclisin vəzifələrindəndir. İslam hakimiyyəti, azadlıq, müstəqillik, ictimai ədalət, ümumi rifah, cəhalət və kasıbçılığın aradan getməsi, iqtisadi, ictimai, əxlaqi və siyasi fəsadların qarşısının alınması, imperialist qüvvələr önündə müqavimət etmək inqilab və xalqımızın mühüm hədəflərindəndir. Xobreqan məclisinin digər vəzifələri məzhəb və tayfa problemlərinin həlli, ölkədə ikiliyin qarşısının alınmasıdır. Dayanmaq icazəniz yoxdur. İslam və inqilabın hədəflərini gerçəkləşdirmək üçün ciddi olaraq inkişaf etməlisiniz." 
 
Ayətullah Xamenei  bildirib ki,  hegemonçuluq quruluşu öz fitrətinə uyğun olaraq dünya xalqlarına zor tətbiq etməyə çalışır. Bunun müqabilində müqavimət göstərməyən hər bir xalq və dövlət onun tələsinə düşmüş olur. “Durğunluq qəbuledilməzdir. İslam və İnqilabın hədəf və məqsədlərinə çatmaq üçün davamlı olaraq hərəkət etmək, dəyişiklik və inkişaf prinsipini həmişə diqqət mərkəzində saxlamaq lazımdır.  ”İnqilabı etmək onu qorumaqdan asandır. Düşmənlərimiz ölkəmizə qarşı ilk olaraq hərbi variantlardan istifadə etdilər. 8 illik savaş, inqilabın əvvəllərində olan qiyamlar, terrorçu qrupları dəstəkləmək, İranın neft bazalarına hücum etmək və sərnişin daşıyan təyyarəmizə hücum bu qəbildən idi ki, Allahın yardımı, imam Xomeyninin kölgəsi altında və xalqımızın səbr və müqaviməti sayəsində məğlubiyyətə uğradı. Yumuşaq və mədəni hücumlar isə onların növbəti varinatlarından idi. İqtisadi sanksiyalar, siyasi hücumlar, mənfi təbliğatlar bu növdən idi ki, Allahın  yardımı və xalqımızın dözümlülüyü ilə lazımı nəticələrə çatmaqlarının qarşısı alındı. Onların növbəti hücumları nüfuz etmək idi. Onlar bu hücumda neçə hədəfi reallaşdırmaq niyyətində idilər. Qərar qəbul edən mərkəzlərə təsir etmək, xalqın inanclarını dəyişmək və ölkə məmurlarının mövqe və hesabatlarına təsir etmək. Sepaha, Nəzarət Təftiş Komitəsinə, hizbullahi cavanlara, inqilabçı ruhanilərə hücum etmək onların digər yöntəmlərindəndir. Onların bu addımlardan məqsədi dövlətin daxili olaraq güc mənbələrinin aradan getməsidir. Onlar bu hədəflərinə çatsalar, inqilabı aradan aparmaq ya hərəkətində dəyişikliklər etmək rahatlaşacaqdır. Elə bu səbəbdən bir daha vurğulayıram ki, düşmənə boyun əyməmək böyük cihaddır."
 
Qeyd edək ki, Xubriqan Məclisinin bu gün səhər keçirilən iclasında   həmçinin  Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani Xubriqan Məclsinin sədrinin birinci müavini  və Ayətullah  Seyyid Mahmud Haşimi  Şahrudi Xubriqan Məclisinin sədrinin ikinci müavini seçiliblər./maide/
 
 
 
 


446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23