Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2016

Rusiya İŞİD-ə yardım edən Türkiyə şirkətlərinin adlarını açıqladı

Rusiyanın BMT daimi nümayəndəsi Vitaliy Çurkin İŞİD-ə partlayıcı istehsalında istifadə edilən maddələr göndərən Türkiyə şirkətlərinin adlarını açıqlayıb. BMT Baş Katibliyinə məktub göndərən Çurkin, “Gültaş Kimya”, “Marikem Kimyəvi və Sənaye Məhsulları”, “Metkim”, “Qasım Gübrə” və “Diversey Kimya” şirkətlərinin İŞİD-ə kimyəvi tərkibli maddələr göndərdiyini iddia edib. Rus diplomat, "İraqın Tikrit və Suriyanın Kobani bölgələrində İŞİD üzvləri tərəfindən istifadə edilən partlayıcı qarışıqlarda əsas kimyəvi maddələr üzərində, istehsalçı firmaların müəyyən edilməsi və bu maddələrin digər ölkələrə satış şərtlərinin öyrənilməsi üçün aparılan təhlil sözügedən maddələrin ya Türkiyədə istehsal edildiyini, ya da üçüncü ölkələr üzərindən yenidən ixrac hüququ olmadan Türkiyəyə göndərildiyini göstərir", deyib. Adı çəkilən şirkətlərin İŞİD-ə göndərdikləri kimyəvi maddələrin növlərini də məktubunda qeyd edən Çurkin, Türkiyə şirkətləri tərəfindən İŞİD-ə sövq edilən kimyəvi maddələr arasında alüminium tozu, ammonium nitrat, kimyəvi karbamid və hidrogen peroksid olduğunu bildirib. Çurkin, Türkiyədən Suriyaya aparılan ammonium nitrat daşının əvvəlki illərə nisbətən 7 dəfə artdığına da diqqət çəkib. Digər tərəfdən, İŞİD-in Yaxın Şərqdəki ekspertləri tərəfindən hazırlanan əl istehsalı partlayıcıların fərqləndirici xüsusiyyətinə diqqət çəkən rus diplomat, "Bu partlayıcıları digərlərindən ayıran xüsusiyyət, ABŞ “Microchip Technology” firmasına məxsus ‘mikrokontrolör’, İsveçrə “ST Microelectronics” şirkəti tərəfindən istehsal edilən ‘tranzistor’ və “Nokia 105 RM-908” tipLi cib telefonlarının istifadə edilməsidir", deyib./eastnews/
486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat