Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2016

Nardaran məscidinin axunduna hökm oxundu

Nardaran hadisələrində şərlənərək həbs edilən, Nardarandakı Hüseyniyyə Məscidinin axundu Hacı Nuhbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq həbs qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilib.
387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP