Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2016

Türkiyənin 20 hərbçisi həlak oldu, 15-i yaralandı

PKK-nın hücumu nəticəsində 20 türk əsgəri həlak olub.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda PKK-nın hərbi qanadı HPG-nin qərargahına istinadən ANF kürd agentliyi bildirib.

Məlumata görə, onlar partlayıcı maddələrlə yüklü avtomobili Mardin vilayətinin Dargeçit şəhərində yerləşən bazada partladıblar. Hücum mayın 25-i axşam olub. Ancaq hücum barədə indiyə kimi rəsmi məlumat verilməyib.

“Biz partlayıcı maddələrlə dolu avtomobili hərbi bazaya yönəltdik. Partlayış nəticəsində bazanın çox hissəsi dağıdılıb”, - xəbərdə deyilir.

Məlumata görə, PKK döyüşçüləri partlayışdan sonra bazanı atəşə tutublar. Hücum nəticəsində 15 hərbçinin yaralandığı bildirilir.

“Bu 1990-cı illərdə bizim partizanlarımıza qarşı Türkiyənin hərəkətlərinə görə cavabdır”, - HPG-ın qərargahından bildirilib.

HPG-ın məlumatına görə, döyüş rayonuna yaralıların təxliyyəsi üçün xeyli sayda zirehli maşın gəlib.
421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı