Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2016

Aslan İsmayılova qarşı ötür-ötür oyunu

“Etdiyiniz əməllərin, tapdaladığınız haqların bədəlini hökmən ödəyəcəksiniz…”

DYP əməkdaşı, məşhur ‪10YY501‬ nömrəli maşını idarə edən polis mayoru Mübariz İsmayılovun mənə qarşı etdiyi qanunsuzluqla bağlı Baş Prokuror Zakir Qaralova ünvanladığım şikayət ərizəsi baxılması üçün Səbail rayon prokurorluğuna göndərildi.

İlk günlərdən prokurorluğun işə münasibətindən ədalətli araşdırma aparılacağına inanırdım. Təxminən bir ay bundan əvvəl bütün materiallar mənə məlum olmayan səbəbdən Bakı şəhər prokurorluğuna göndərildi. Bu günə qədər yüzlərlə dəfə zəng etsəm də materialların kimin icraatında, hansı vəziyyətdə olduğunu müəyyənləşdirə bilmirəm.

Bakı şəhər prokuroru Əziz Seyidova olan zənglərim, qəbuluna düşmək istəyim də cavabsız qalıb, sanki Əziz Seyidovun şəxsi evinə qonaq getmək istəyirəm. Bu gün artıq üçüncü dəfə Bakı şəhər prokurorunun müavini Azər Əsgərov adlı birisinə zəng etdim. Artıq üçüncü dəfə “Bakı şəhər prokurorluğuna gəlib araşdırmaq lazımdır. Mən indi göstəriş verəcəm sizinlə əlaqə saxlasınlar” dedi. Cavabında “artıq üçüncü dəfədir eyni sözləri deyirsiniz, ancaq heç bir nəticə yoxdur” dedikdə isə “Aslan İsmayılov, demoqoqluqla az məşğul olun” deyib, anlamadığım hansısa sözləri mızıldayıb telefonu qapatdı.

Prokurorluqda işlədiyimdən, rəhbər işçilərin hamısının qabiliyyətinə bələd olduğumdan bu tərbiyəsizlik mənə çox pis təsir etdi. Ona görə də bir daha hamısına müraciət edib deyirəm: Siz mənim, mən isə sizin nəyə qadir olduğumuzu və nə ilə məşğul olduğumuzu çox yaxşı bilirik. Gözəl bilirəm ki, hər birinizin arzusu bacardığınız qədər məni alçaltmaq, imkan olan kimi qəfəsə salmaqdır. Bilin, sizi kimilər məni ömürlük həbsə salsanız da, heç vaxt mənim iradəmi sındıra, yaxud alçalda bilməzsiniz! Buna sizin nə qabiliyyətiniz, nə də gücünüz çatar. Özünüzü yormayın, özünüzə və ətrafınıza etdiyiniz pislikləri düşünün. Bilin, həyat çox ədalətlidir. Etdiyiniz əməllərin, tapdaladığınız haqların bədəlini hökmən ödəyəcəksiniz, yığdığınız mal-mülkün də nə sizə, nə də ətrafınıza heç bir faydası olacaq. Sizin kimi vəzifəyə görə guruldayan, vəzifədən getdikdən sonra isə heç nə olan, zəlil vəziyyətinə düşmüş çoxlarını görmüşəm və görəcəm. Sizlərdən fərqli olaraq gələcək nəsil mənə ən azından lənət oxumayacaq./azadlıq/
515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:23