Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə güclü yanğın baş verib

Bakı Humanitar Kollecinin yataqxanasının qarşısında mәcburi köçkünlәrin inşa etdiyi taxta evlәrdә başlayan yanğın söndürülüb.

Apa-nın məlumatına görə, yanğın nəticəsində mәcburi köçkünlərin ərazidə taxtadan inşa etdiyi 30-dək ev yanıb.

Yanğın nəticəsində yüngül xəsarət almış bir neçə şəxsə hadisə yerində ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik xәtlәrindә qısaqapanma sәbәb olub.

**** 03.54

Bakı. Mahir Məmmədli-APA. Bakı Humanitar Kollecinin yataqxanasının qarşısında mәcburi köçkünlәrin inşa etdiyi taxta evlәrdә yanğın başlayıb. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, əraziyә çoxlu sayda yanğınsöndürmә vә tәcili tibbi yardım briqadası cәlb edilib.

Məlumata görə, yanğın nəticəsində mәcburi köçkünlərin taxtadan inşa etdiyi 30-dək ev yanıb. Yanğın bu dәqiqәlәrdә davam edir. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Yanğına elektrik xәtlәrindә qısaqapanmanın sәbәb olduğu ehtimal edilir.
1513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı