Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2016

Putindən ABŞ-a sərt mesaj: "Anlayacaqsınız"

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini Şərqi Avropaya yerləşdirməsinə sərt reaksiya verib.

Afinada Aleksis Çiprasla görüşən Putin mətbuata açıqlamasında ABŞ-ı açıq şəkildə təhdid edib.

"Rumıniya xalqı mərmilərin özlərinə qayıtmasının necə bir şey olduğunu anlayacaq. Bu, eyni ilə Polşaya da aiddir. Bu raket əleyhinə müdafiə sistemi Rusiyanın təhlükəsizliyinə açıq təhdiddir. İlk addımı biz atmadıq, yalnız ABŞ-ın addımlarına cavab verdik. Sərhədimizdə bizə qarşı yönələn raketləri görməzdən gəlməyəcəyik", - Putin qeyd edib.
382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber