Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2016

Putindən Poroşenkoya cavab - Krım məsələsi birdəfəlik bağlanıb...

Krım məsələsi birdəfəlik bağlanıb və Moskvanın bu məsələni kiminləsə müzakirə etmək niyyəti yoxdur.

Putin Pyotr Poroşenkonun "Savçenkonun ardınca biz Kırımı da geri qaytaracağıq" açıqlamasını şərh edərkən deyib.

Putin deyib ki, bu məsələ birdəfəlik qapadılıb. “Bizim bu məsələ ilə bağlı kiminləsə danışıq aparmaq niyyətimiz yoxdur və olmaycaq da”.

Nadejda Savçenkonun azad olunmasına gəldikdə isə Putin deyib ki, onun azad olunmasının Minsk razılaşması ilə heç bir əlaqəsi yoxdur.
Donbasdakı münaqişənin həlli ilə bağlı mövqeyini açıqlayan Putin deyib ki, bu məsələ ancaq Ukraynada mərkəzdən asılılığın azalmasından və bir də xüsusi status haqqında qanun qüvvəyə mindikdən sonra mümkün ola bilər.

Donbasda gedən hərbi münaqişə zamanı girovların azad olunması məsələsinə toxunan Putin deyib ki, bu istiqamətdə danışıqlar gedir. Hesab edirəm ki, hərbi münaqişə zamanı hər iki tərəfdən girov götürülənlər azad olunmalıdır, deyə Putin qeyd edib.
376 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı