Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2016

Bəs, hökumət nə vaxt hesabat verəcək?

Siyasi partiyalardan şəffaflıq tələb edənlər, milyardların mənbəyini niyə göstərmirlər?

Bugünə qədər hakimiyyətin qeyri-şəffaf fəaliyyətini, talançılığını, yalançılığını ifşa edən minlərlə fakt ortaya qoyulub. Amma bugünə qədər məmurların milyonluq villalarının, iri holdinqlərinin, bahalı avtomobillərinin hansı pulla alındığı məlum deyil. Ölkədə hansı şadlıq sarayının, hansı tikinti şirkətinin, hansı supermarketin, hansı məmura məxsus olduğunu hamı bilir. Hamı onu da bilir ki, bu ölkə bir qrup vəzifəli arasında bölünüb.

Amma rejim sözçüləri öz gözlərində tiri görməyib, özgə gözündə qıl axtarmaqla məşğuldular. Saysız-hesabsız kompromatların, korrupsiya faktlarının hesabatını verməyənlər, başqalarından hesabat tələb edirlər.


Belə ki, YAP-çı deputat Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsinə münasibət bildirib və partiyaların öz maliyyə mənbələri haqqında hesabat verməsinin vacibliyinə diqqət çəkib: “Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər. Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavədə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar ilə bağlı qanuni tədbirlər görülsün. Fəaliyyəti olmayan partiyaların qeydiyyatı ləğv olunmalıdır”- deyə Siyavuş Novruzov bildirib.

Əlbəttə şəffaflıq, hesabatlılıq müsbət haldır, fəaliyyəti olmayan partiyalarla bağlı ciddi tədbir görmək lazımdı. Amma Siyavuş Novruzov bu haqda danışacaq sonuncu adamdır. Çünki, hesabatsızlıq, qeyri-şəffaflıq YAP-ın yaratdığı ənənədir və bu ənənə ölkəni fəlakətə sürükləyib.

Birincisi, fəaliyyəti olmayan, yalnız sədrdən ibarət olan partiyları ayaqda saxlayan, bu “partiya”ların sədrlərinə mandat paylayan, onları şər-böhtan maşını kimi istifadə edən hökumətdir. Eyni zamanda strukturları olan, fəaliyyət göstərən, seçkidə qalib gələn partiyaları sıradan çıxaran da hökumətdir.

Ikincisi, hesabatlılıq, gəlirlər haqqında məlumat vermək hökumətin özündən başlamalıdır. Milyarderə çevrilmiş iri məmurlar YAP-ın üzvləridir. Amma bu adamların hansı yollarla varlandıqları, sürətlə var-dövlət qazanmlarının sirri göstərilmir. Ey şəffaflıq maliyyə mənbəyi axtaran Siyavuş Novruzov, “Vəzifəli şəxslərin gəlir deklorasiyası təqdim etməsi haqqında” 2005-ci ildə qanun qəbul edilib. Niyə bu qanun tətbiq olunmur? Niyə məmurlar gəlirləri haqqında ictimaiyyətə məlumat vermir. 3-cü prezidentlik dövrünü başa vurmaqda olan Ilham Əliyev niyə gəlirlərini açıqlamır?ÿGünlərdi, dünya mətbuatı “Panama kağızları”ndan yazır və bu sənədlərdə hakim ailənin adı da hallanır. Niyə bu faktlara münasibət bildirən, ictimaiyyətə açıqlama verən tapılmır? Hesablama Palatası bütün strukturlarda ciddi korrupsiya faktları aşkarlayıb. Niyə bu korrupsionerlər cəzalandırılmır, niyə bu cinayətkar məmurlara görə hökumət məsuliyyət hiss etmir? YAP-ın Yasamal rayon şöbəsinin sədri Tağı Əhmədov deyir ki, Akif Çovdarova 3 milyon manat rüşvət verib. Hakim partiyanın üzvü olan bu adam 3 milyon manatı hansı yolla qazanıb? O, bu qədər pulu hansı yolla qazandığının hesabatını veribmi? Bugünlərdə hakim ailənin London mülkləri ortaya çıxdı. Niyə bu qədər korrupsiya faktları kölgədə qalır, amma hansısa partiyanın ianəsinin mənbəyi axtarılır? Əgər hesabatlılıq, şəffaflıq məsələsində səmimisinizsə, ilk növbədə bu nümunəni özünüz göstərin.

Siyasi partiyanın qələbəsini oğurlayınb, qərargahını partladıb, üzvlərini şərləyərək həbsə atıb, sonra da “fəaliyyəti yoxdur” deyib qeydiyyatını ləğv etmək istəyirsiz?

Cənab Novruzov, biz də hesabat verməyin, mənbələri göstərməyin tərəfdarıyıq. Amma ilk növbədə milyardların hesabtını verin ki, biz də manatların mənbəyini göstərək. Inannın ki, içində milyardların olduğu kisənin üstündə oturub, adamlardan qəpik-quruşun mənbəyini tələb etmək çox güləmli görünür. 23 ildir bu hökumətdən hesabat tələb edirik və nəticə sıfırdır. Hökumətin iradəsi varsa, özünə əmindirsə, yuxarıda sadaladığımız korrupsiya faktlarının hesabatını versin. Səbrsizliklə, hesaabtınızı gözləyirik./azadlıq/
366 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı