Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Ərdoğan Fətullah Gülənə cavab verdi

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Pakistan səfərindən Ankaraya qayıdıb. Deyerler.org-un Anadolu-ya istinadən verdiyi xəbərə görə, Ərdoğan Ankara Esenboğa hava limanında onu qarşılamağa gələnlərin qarşısında çıxış edib.

İstanbulda həyata keçirilmiş 17 dekabr əməliyyatına toxunan Ərdoğan bu əməliyyatların pərdə arxasında milli iradə, millət dayandığını bildirib.
Ərdoğan bu günlərdə Fətullah Gülənin çıxışındakı lənətlərə də münasibət bildirib: “Mən sizə bunu demək istəyirəm. Bizə 76 milyonluq türk xalqı içərisində analarımızın gözü yaşlı duaları yetər. Bəd duaya lənət, duaya dəvət deyirəm. Biz bəd dua ilə deyil, dua ilə əmr olunduq. Biz bu millətə rəhbər olmaq üçün deyil, xidmətçi olmaq üçün çalışırıq”.

“Əgər millətin malını, yetimin malını millətin kisəsindən alan varsa bunun hesabını biz də, hüquq da sorar”, - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, çıxışı zamanı Ərdoğanın yanında adı korrupsiya qalmaqalında hallanan daxili işlər naziri Muammar Gülər və Avropa Birliyi naziri Egemen Bağış da olub.
1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24