Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2016

Amerika mətbuatı: SEPAH-ı anlamadan İranı anlamaq mümkün deyil

Amerikada çapdan çıxan Veks qəzeti yazır: “Qüdrətli qüvvə olan İran İslam İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) barədə 6 şeyi bilmək lazımdır. SEPAH, İranın təhlükəsizliyinin və quruluşunun qorunmasını öhdəsinə almış bir qüvvədir. Ona görə də SEPAH-ı anlamadan İranı anlamaq mümkün deyil”.

SEPAH, İslam İnqilabının sütunudur
Veks qəzeti SEPAH barədə dərc etdiyi materialında ilk olaraq SEPAH-ın necə formalaşmasından söz açaraq yazır: “İranın SEPAH-ı təkcə hərbi qüvvə deyil. Üstəlik, siyasi və iqtisadi məsələlərdə də heyrətamizdir. 1979-cu ildə İranda İslam İnqilabının baş verməsinin ən mühüm səbəbi Amerikanın nüfuzuna cavab olmuşdur.
İran xalqı Məhəmməd Rza Pəhləvi şahı zalım hesab edir və belə inanırdılar ki, onun repressiya siyasəti Amerikaya görədir. Ona görə də inqilabın qələbə çalmasından sonra inqilabçılar tərəfindən SEPAH yaradıldı və tədricən İranın əsas sütunlarından birinə çevrilərək, inqilabı müdafiə rolunu öhdəsinə aldı. SEPAH hal-hazırda dünyanın müxtəlif regionlarına, hətta Latın Amerikasına da nüfuz etmişdir”.
Qəzetin yazdığı bu materiala əsasən, SEPAH İranın ən önəmli strateji daşındırıcı amili olan “raket proqramları”na rəhbərlik edir və Livan Hizbullahı, İraq şiələri və Bəşər Əsəd hökuməti kimi müttəfiqləri ilə münasibətlər saxlayır.

Ali Baş Komandanın və inqilabın qorunması
Qəzet, SEPAH haqqında bilinməsi lazım olan ikinci məsələyə toxunaraq yazır: “SEPAH özünü Ali Baş Komandanın qoruyucusu bilir.
İran İslam İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) İslam İnqilabının mərhum rəhbəri Ayətullah Ruhullah Xomeyni tərəfindən yardılmışdir və onun əsas vəzifəsi inqilabı qorumaqdır”.
Dini və milli maraqları qorumaq SEPAH-ın proqramlarının ən başlıcasıdır
Veks, məqləsinin davamında SEPAH-ın üçüncü əhəmiyyətli roluna toxunaraq yazır: “SEPAH-ın əsas hədəflərindən biri də milli və etiqadi maraqları qorumaqdır. Bu prinsipə uyğun olaraq İslamın yerinin və İran rəhbərinin əsas olmasının qorunması onun əsas proqramlarına daxildir”.

Qərbin İrana nüfuzunun qarşısını almaq
Məqalədə bildirilir ki, SEPAH qüvvələri digər tərəfdən də qərbin İrana nüfuzunu ən böyük əngəl hesab edir və qərb demokratiyasını dəstəkləmək onların baxışında İslam İnqilabı meyarları ilə zidd sayılır. Onlar qərb mədəniyyəti ilə mübarizəni zəruri bilirlər.

Amerikanın Yaxın Şərqə nüfuzu ilə qarşılaşmaq
Qəzet materialının davamında yazır: “Bu arada bəsic qüvvələri SEPAH-a yardımçıdır. Bəsic qüvvələri məscid, məktəb və idarələr kimi bütün səviyyədə iştirak edir. Lakin sərhədlərdən qıraq işlərdə SEPAH-ın vəzifəsi daha mürəkkəbdir. Bu qüvvə Yaxın Şərqdə Amerikanın nüfuzunu aradan qaldırmağa cəhd edir”. 

SEPAH və müttəfiqləri
SEPAH barədə geniş məlumat yazan qəzet onun beynəlxalq səviyyədə vəzifəsinə toxunaraq yazır: “SEPAH Ərəbistanın da regional maraqları ilə də qarşılaşır və bu arada özünün Hizbullah, İraq şiələri, Həmas və Ənsarullah kimi müttəfiqlərinə arxalanır. Suriyada isə İranın qüvvələri Ərəbistan, Qətər, Türkiyə və Amerika qarşısında bu ölkənin hökumətini qoruyur”.

Nuraz1.in
938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42