Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2016

Lerik rayonu sakininin hər iki qulağı kəsilib

Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb. Hadisə otlaq sahələri üstündə gedən münaqişə zəminində baş verib.

Hadisə bu gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə 5 nəfər qonşu hücum edib. Kütləvi dava zamanı iki nəfər ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Lənkəran RMX-dan bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: "Xəstələrdən biri baş, ayaq və bədəninin müxtəlif nahiyələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib"./report/


473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber