Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2016

İŞİD-in Əl-Fəllucadakı lideri məhv edildi

Amerikalı hərbçilər İraqın Əl-Fəlluca şəhərində yerləşən İŞİD qruplaşmasının lideri Maher əl-Bilauinin öldürülməsi xəbərini təsdiqləyiblər.

«RİA Novosti» xəbər verir ki, bununla bağlı keçirdiyi telebrifinqdə Pentaqonun Bağdaddakı rəsmi nümayəndəsi Stiven Uorren jurnalistlərə bildirib: «Biz 70-dən çox yaraqlı məhv etmişik ki, bunların arasında əl-Bilaui də var».

Onun sözlərinə görə, bombardman srağagün həyata keçirilib.

Eyni zamanda, Uorren İŞİD-in daha bir lideri — Fransa vətəndaşı Fabyen Kleynin öldürülməsi barədə heç bir məlumatı olmadığını deyib. «Şübhəsiz ki, biz bu xəbərləri görmüşük. Lakin mən bu barədə heç nə deyə bilmərəm», - Pentaqon rəsmisi qeyd edib./virtualaz/
515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi