Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2016

İraq hərbçiləri 80 İŞİD yaraqlısını məhv edib

İraq ordusunun hərbçiləri əl-Fəlluca şəhərinin qərbində yerləşən əl-Haldiya rayonuna hücum zamanı İŞİD terror qruplaşmasının azı 80 üzvünü məhv edib.
"Report" xəbər verir ki, bu barədə "Almada Press" agentliyi yerli məmura istinadən məlumat yayıb.
Qeyd edək ki, İraq Silahlı Qüvvələri 2014-cü ildə İŞİD tərəfindən işğal edilmiş əl-Fəllucanı azad etmək üçün bazar ertəsindən əməliyyata başlayıb.
Əl-Haldiya şura başçısı Əli Daudun agentliyə bildirdiyinə görə, hərbçilər buradan hücuma keçməklə əl-Fəllucanın şimal-qərb bölgəsinə çıxış əldə etmək istəyir.
Onun sözlərinə görə, əməliyyat zamanı terrorçularla yanaşı, onların istifadə etdiyi gizli tunellər də aşkarlanaraq məhv edilib.
438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21