Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Multimilyoner özünü 27 mərtəbəli binadan atdı

ABŞ-da multimilyonçu Robert Uilson intihar edib. Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 86 yaşlı kişi özünü sahibi olduğu Manhettendəki 27 mərtəbəli binanın 16-cı mərtəbəsinin pəncərəsindən atıb. Polisin məlumatına görə, Uilson intihar etməmişdən əvvəl məktub yazıb qoyub.

“Onun 86 yaşı var idi və bir neçə ay bundan əvvəl infark keçirib. O həmişə deyib ki, əzab çəkmək istəmir, və vaxtı gələndə o hazır olacaq”,- deyə milyonlarla dollarını xeyriyyəçiliyə xərcləyən uğurlu iqtisadçının Uol stritdən olan dostu bildirib. Onun sözlərinə görə, Uilsonun əsas məqsədi öz varını ehtiyacı olan insanlara paylamaq idi.
1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber