Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2016

Pəhriz saxlamağın 5 asan yolu

Bir çoxlarımız artıq çəkidən əziyyət çəkirik. Bu kiloların atılması, dietaya başlamaq da elə asan olmur. İradə, ac qalmaq qorxusu sizi arıqlamaqdan, gözəl görünüşə sahib olmaqdan uzaqlaşdıra bilir.

1. Belə ki, kilo vermək üçün insan həm cismən, həm psixoloji hazır olmalıdır. Pəhriz saxlağa başladıqda hər gün tərəziyə çıxmağınız məsləhət görülmür. Çünki bu psixoloji ruh düşkünlüyünə səbəb olan amildir. Çəkinizin dəyişmədiyini görüb stessə düşə bilərsiniz. Ona görə də həftədə bir dəfə çəkilmək kifayət edir.

2. Pəhriz saxlayan adam ilk həftələrdə sürətlə kilo verə bilər, yaxud əksinə ola bilər. Sonrakı həftələrdə bu əksinə də olur. Çünki orqanizm özünü bərpa etmək üçün çalışır. Bu sizdə motivasiya düşkünlüyü yaratmasın. Normal haldır.

3. Hədəfləriniz böyük olmamalıdır. Məsələn, ayda 10 kilo verəcəm deyə özünüzü məcbur etməyin. Unutmatyın sürətlə verilən çəki, elə o templə də bərpa olunmaqdadır. Əsas məsələ sağlam arıqlamaqdır.

4. Qeyd etdiyimiz kimi burada psixoloji faktorlar çox önəmlidir. Belə ki, durmadan dieta haqqında düşünmək, onun barəsində danışmaq düzgün deyil.

5. Pəhriz saxladığınızı kimsə ilə bölüşməyin, çünki onlar sizi ruhdan sala bilər, hər gün bəs hanı arıqladın, yenə çox yedin və s. sözlərlə sizi demotivasiya edə bilər. Beləliklə arıqlamağın ideal yolu psixoloji rahatlıq, sağlam qidalanma və ən əsası iradə, səbrin böyük olmasıdır.
449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı