Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2016

“Nyu York Tayms”: “Ərəbistan dünyaya vəhhabiliyi yayıb”

ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzeti Səudiyyə Ərəbistanının dünyaya vəhhabiliyi yaydığını yayıb.

“Dünya səudiyyəlilərin əkdiyini biçir” başlıqlı yazıda Ər-Riyadın bu istiqamətdə milyonlarla dollar xərclədiyi ortaya qoyulub.

“Səudiyyə Ərəbistanı ABŞ-ın əhəmiyyətli müttəfiqidir. ABŞ silahları və yardımı ilə qorunan bu ölkə milyonlarla dollarından keçərək dünyaya vəhhabiliyi yayır”, - məqalədə deyilir.

Yazıda 11 Sentyab hadisəsinin də radikal vəhhabilikdən qaynaqlandığı qeyd olunub:

“Bu təriqət əsasında İŞİD yaradıldı. 1.8 milyon əhalisi olan Kosova bu gün İraq və Suriyaya ən çox cihadçı göndərən ölkələrdən biridir. 2012-ci ildə bəri 314 kosovalı İŞİD sıralarına qatılıb. Bu göstərici ilə Kosova Belçikanı geridə qoyub”.

Səudiyyə Ərəbistanının illərdir ABŞ-ı “əsəbiləşdirdiyi” yazılan məqalədə cihadçıların bu qədər güclü olmasına səbəb kimi Ər-Riyad və Körfəz ölkələrinin dəstəyi göstərilib:

“ABŞ və NATO Kosovanın Serbiyadan ayrılaraq müstəqil və demokratik bir dövlət olmasına çox çalışdı. Amma Səudiyyə Ərəbistanı Kosovadan öz məqsədləri üçün istifadə edir. Maraqlısı ondadır ki, ABŞ və Qərb uzun müddət bu prosesə müdaxilə etməyib”./axar/
387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38