Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Riberi: "Karyeramda başqa Avropa klubu olmayacaq"

Münhen "Bavariya"sının ulduz futbolçusu Frank Riberi gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuatına danışan 30 yaşlı yarımmüdafiəçi Avropada "Bavariya"dan başqa klubda çıxış etməyəcəyini deyib:

"Bir gün ABŞ və Birləşmiş Ərəb Əmirliklərində futbol oynamaq həyəcanverici olar. Bundan sonra heç vaxt başqa Avropa klubunda çıxış etmərəm. Mən "Bavariya"nın futbolçusuyam və heç vaxt karyeramda başqa Avropa klubu olmayacaq".

Qeyd edək ki, 2007-ci ildən Münhen təmsilçisində çıxış edən fransalı futbolçunun klubu ilə 2017-ci ilə qədər müqaviləsi var.
1629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber