Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2016

Rusiyada məmurlara WhatsApp və Skype-dən istifadə qadağan edilir

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi məmurlara və hərbi qulluqçulara xarici mobil əlavələr vasitəsilə yazışmaların qadağan olunmasını təklif edib. Məlumatı “Kommersant” yayıb.

Yazıda deyilir ki, məhdudiyyət ilk növbədə Gmail elektron poçtu, eləcə də, WhatsApp, Viber, Skype və Telegram messencerlərinə aid ediləcək.

Nazirlik təkliflərini prezident Vladimir Putinə yollayıb. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin təklifləri arasında dövlət qurumlarına xarici proqram təminatlarının alınması ilə bağlı məhdudiyyətlərin genişləndirilməsi də var.

Qeyd edək ki, dövlət qulluqçularının xarici servislərdən istifadəsi məsələsinə hələ 2005-ci ildə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev toxunmuşdu. O, bəyan etmişdi ki, hakimiyyət orqanlarının informasiya sistemlərinə kompüter hücumları sistem proqram vasitələrində xarici texniki kəşfiyyatın əlinin olması ilə bağlıdır./musavat/
308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi