Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2016

Xızıda müəllimləri daşıyan avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb - SİYAHI

Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami Namazov yaralılara baş çəkmək üçün Siyəzən rayonuna gəlib.
Prorektor “Report”a bildirib ki, müəllimlər kollektiv şəkildə istirahətə gediblər: “Qəza onlar istirahətdən qayıdarkən baş verib. Xəbəri eşidən kimi Xızıya, oradan da Siyəzən rayonuna gəlmişəm. Buradan da Sumqayıt şəhərindəki yaralılara baş çəkəcəyəm”.

01:00
Xızıda müəllimləri daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Bu barədə “Report”a Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov məlumat verib.
Onun sözlərinə görə, Siyəzən xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti qənaətbəxşdir.
***23:05
Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətini daşıyan avtobusun Xızıdan Bakıya qayıdarkən qəzaya uğraması nəticəsində ölən 2 nəfər və yaralılardan 15 nəfərin adları məlum olub.
“Report” xəbər verir ki, ölənlər 1984-cü il təvəllüdlü idman müəllimi Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında işləyən 1979-cu il təvəllüdlü Dilarə Əliyevadır.

Yaralılar:
1950-ci il təvəllüdlü Abdullayev Qafar
1951-ci il təvəllüdlü Mikayılov Çaylar
1954-cü il təvəllüdlü Abdullayev Nizami
1955-ci il təvəllüdlü Rzayev Rasim Səfa oğlu
1964-cü il təvəllüdlü Mollayeva İndirra
1966-cı il təvəllüdlü Qurbanov Əsəd
1973-cü il təvəllüdlü Rəhimova Ziba
1975-ci il təvəllüdlü Fərhadova Leyla
1975-ci il təvəllüdlü Rəhmanova Lalə Rəhman qızı
1977-ci il təvəllüdlü Əliyeva Hədiyyə
1979-cu il təvəllüdlü Əliyeva İradə
1985-ci il təvəllüdlü Fərzəliyeva Fərqanə
1987-ci il təvəllüdlü Ağabəyli Vüsalə
2005-ci il təvəllüdlü Kazımlı Nigar İlham qızı (L.Rəhmanovanın qızı, şagird)
Feyzullayev İsmayıl

***22:07
Xızıda avtobusun aşması nəticəsində yaralananların sayı 21 nəfərə çatıb, 2 nəfər ölüb.
Ölənlərdən biri Sumqayıt Dövlət Texniki Kollecinin idman müəllimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğludur. Həyatını itirən digər müəllim qadındır.
Yaralılardan 15 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə, 5 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 1 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
***21:51
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb.
"Report" xəbər verir ki, qəza müəllimlər Altıağac qəsəbəsində istirahətdən Bakıya qayıdarkən biş verib.
Yaralılardan hələ ki, ikisinin adı məlum olub:
1951-ci il təvəllüdlü Mikayılov Çaylar Əryan oğlu,
1980-ci il təvəllüdlü Əliyeva İradə Sabir qızı
***21:36
Xızı rayonunun Altıağac qəsəbəsində ağır yol qəzası baş verib.
Axşam saatlarında avtobusun yoldan çıxaraq aşması nəticəsində 11 nəfər yaralanıb.
Yaralılar Siyəzən Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda yaralıların sayı artmaqdadır.
Siyəzən Polis şöbəsinin əməkdaşları tərəfindən xəstəxananın girişinə post qoyulub, yaralıların qohumları içəri buraxılmır.
439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber