Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2016

Soğan doğrayarkən göz yaşını necə saxlamaq olar

Bir neçə mətbəx məsləhətləri:

1.Duzu öldürmək- əgər bişirdiyiniz sulu yemək çox duzludursa qəm etməyə dəyməz. Kartofu çiy halda soyub xörəyin içində qoymaq lazımdır. Bu zaman sulu yeməyin içində olan çiy kartof duzu özünə çəkəcək.

2. Daha tez soyutmaq – Əlimizdə olan şirə və su butulkalarını yay fəslinin tələbinə uyğun soyutmaqdan, sərinlətməkdən ötrü soyuducuya qoyub gözləyirik. Bu zaman həmin şüşə, yaxud plastik butulkanı yaş kağıza bürüyüb soyuducuya qoysaq bir neçə dəqiqə ərzində soyuduğunun şahidi olarıq.

3. Göz yaşını saxlamaq - Soğan soyanda və doğrayanda gözün yaşarması adi haldır. Biz isə çox asanlıqla göz yaşartısını saxlaya bilərik. Bunun üçün sadə bir iş görməliyik- saqqız çeynəməliyik. Saqqız göz yaşarmasının qarşısını alacaq.

4.Yumurta soymaq - qaynadılmış yumurta qabığını asanlıqla soymaq üçün çox asan bir yol var. Yumurta qaynaya-qaynaya həmin suyun içinə bir qaşıq karbonat əlavə etmıək lazımdır.

5.Kərəvəz saxlamaq - çox faydalı ot olan kərəvəzi aliminium kağıza büküb saxlasaq bir aydan sonra onu yenidən təzə-tər görə bilərik.
369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber