Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2016

Su pəhrizi ilə 4-5 kq arıqlamaq imkanı

Alimlərin araşdırmalarına görə, beynimizdə susuzluğa və aclığa cavabdeh olan sahələr yaxın yerləşdiyinə görə, bəzən susuzluq hiss edən insan bunu aclıqla səhv salır.
Nəticədə insan ona həmin anda lazım olmayan qida qəbul edir. Halbuki bu vəziyyətdə 1/2-1 stəkan su bu hissi yox edə bilərdi. Təbii ki, bunun nəticəsində insan artıq çəki yığır.
Mütəxəssis sübut edir ki, bu mexanizmi bilən insan tez bir zamanda asanlıqla arıqlaya bilər. Su pəhrizinin əsasında məhz bu mexanizm durur.
Gün ərzində insan çəkisindən asılı olaraq 2-3 l su qəbul etməlidir. Söhbət yalnız təmiz qazsız sudan gedir. Su miqdarını təyin etmək üçün belə bir formul mövcuddur - 1 kq çəki üçün 30 ml su götürülür. Belə ki, 75 kq çəkisi olan insan 2,25 l (2 l 250 ml) su qəbul etməlidir. 3 l-dən artıq su qəbul etmək olmaz. Bu orqanizmdən bir çox lazım olan maddələrin yuyub aparılmasına və s. pozulmalara səbəb olacaq.
Səhər oyandıqdan sonra kiçik qurtumlarla fasillərlə 2 stəkan su içilir. 30 dəqiqədən sonra səhər yeməyi yeyə bilərsiniz.
Gün ərzində 3-4 dəfə qida qəbul etmək olar. Daha azkalorili qidaları seçin - meyvə-tərəvəz, sıyıqlar, bişmiş ət, yağsız kəsmik və s. Gün ərzində aclıq hissi yarandıqda 1 stəkan su için. Son qida qəbulu 20.00-da olmalıdır. Yatmazdan bilavasitə əvvəl su içmək olmaz. Bu səhər ödemlərinə səbəb ola bilər.
Mütəxəssislərin müşahidələrinə görə, belə pəhriz 1 həftə ərzində 4-5 kq çəki itirməyə imkan verir.
Nəzərə almaq lazımdır ki, bəzi böyrək və ürək xəstəlikləri zamanı bu pəhrizdən istifadə etmək olmaz./Saglamolun/
441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber