Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2016

Balıq yeyən insanlar özünü bu xəstəlikdən qoruyur

Balıq və digər dəniz məhsullarının sağlamlıq üçün faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur.
Çində aparılan son araşdırmalar göstərib ki, rasionda balığın çox olması insultun inkişafının qarşısını alır.
Araşdırma 14 il ərzində aparılırdı. Araşdırmada 254 000 nəfər insan inştirak edib. Məlum olub ki, hər əlavə 20 qr zülalın qəbulu (əsasən balıqda olan zülal nəzərdə tutulur) insultun riskini 26%-ə qədər azaldır.
Alimlərin fikirinə görə, əgər insanlar qidalanmasında balıq zülalının miqdarını artıracaqlarsa, bu dünyada 1,4 milyon insanda insultun qarşısını alacaq.
Həmçinin alimlər qeyd edirlər ki, balıqdan fərqli olaraq qırmızı ətin çoxlu miqdarda qəbulu insultun riskini daha da artırır./Saglamolun/
411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber