Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2016

Əfqanıstanda 50-dən çox polis öldürüldü

Son 2 gün ərzində Əfqanıstanın Helmand əyalətində gedən ağır döyüşlərdə onlarla polis ölüb.

Əyalət polisinin komandiri Esmətullah Dövlətzai mayın 29-30-da 50-dən çox polisin həlak olduğunu bildirir.
Bundan başqa 50-dən çox polisin yaralandığı xəbər verilir.

Xəsarət alanlardan çoxunun təhlükəsizlik xidmətinin əməkdaşları olduğu bildirilir. Agentliklərin məlumatına görə talibançılar regiondakı bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Regiona əlavə əsgər və aviasiya qüvvələri göndərilib.
354 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber