Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2016

İran XİN rəhbəri ilk dəfə olaraq Latviyaya səfər edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyunun 2-də Latviyaya səfər edəcək.

Bu barədə Latviya XİN-in məlumatında deyilir. Məhəmməd Cavad Zərif ölkə rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək və Latviya-İran işgüzar forumunun açılışında iştirak edəcək. Səfər çərçivəsində İran XİN rəhbəri Latviya prezidenti Raymond Veyonis, parlamentin spikeri İnara Murniyets, latviyalı həmkarı Edqars Rinkeviçs ilə görüşəcək. Həmçinin iki ölkə XİN-i arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq.

Qeyd edək ki, bu İran İslam Respublikası xarici işlər nazirinin Latviyaya ilk səfəridir. Latviya XİN rəhbəri E.Rinkeviçsin isə İrana ilk səfəri 2014-cü ildə baş tutub./apa/
433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
Go to TOP