Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Üzeyir Cəfərov: “Dadaş Rzayevin inciməyə heç bir haqqı yoxdur”

Dadaş Rzayev işdən çıxarılması barədə yayılan xəbərin yalan olduğunu bildirsə də, bu haqda açıqlamalar davam edir. Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenat Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında xəbərin doğruluğunu bir daha təsdiq edir:

“Dadaş müəllimin işdən çıxarılması xəbəri doğru məlumatdır. Dadaş Rzayev Müdafiə Nazirliyinin hərbi tədris şöbəsindən məvacib alırdı. Eyni zamanda, ona xidməti maşın alınmışdı. 2014-cü ildə Dadaş müəllim bunlardan məhrum olduğu üçün o, belə aqressivdir”.

Qeyd edək ki, Dadaş Rzayev ona qarşı yayılan bu informasiyaları qərəzli adlandırmışdı:

“Bu yazını yazan kimdirsə ona səslənirəm ki, gəlsin mənlə üzbəüz görüşək görüm nə istəyir məndən. Oğru kimi arxadan danışmaq kişilikdən deyil. Əgər sözü varsa, gəlsin mənlə görüşüb dərdini desin”.

Hərbi jurnalist Dadaş Rzayevin Hafta.az-a açıqlamasını ona yaraşdırmadı: “Dadaş Rzayevin kimisə kişiliyə çağırması onun yaşına yaraşan ifadə deyil. İkincisi də mən demişəm, bir də deyirəm ki, Dadaş Rzayev getsin istirahət etsin. Bu adam Ehtiyatda Olan Zabitlərin Konfederasiyasının sədri kimi heç bir iş görmür. Bu vəzifəyə enerjili, daha cavan bir şəxs lazımdır ki, o da ehtiyatda olan zabitlərin müəyyən problemini qaldıra bilsin”.

Üzeyir Cəfərovun sözlərinə görə, D.Rzayevin aqresiyası səbəbsizdir:

“Dadaş müəllimə bir general kimi lazımından da artıq dərəcədə hörmət və maddi yardım edilir. Onun inciməyə heç bir haqqı yoxdur. Əslinə qalsa o uzaqgörən bir general kimi gənc kadrlara yardım etməlidir ki, öz karyeralarını inkişaf etdirsinlər. Onun bu kimi halları “süngi” ilə qarşılaması heç də doğru hal deyil. Dadaş müəllimin üstündə çox böyük vəzifə düşür. Veteranların saysız problemlərini həll etmək əvəzinə, o, arada bir kiçik açıqlamalar verir. Qalan hallarda isə heç bir iş görmədən istirahət edir. Bu məlumatları kim yayır bilmirəm, hər halda bu xəbəri mən verməmişəm”.
1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber