Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2016

Azərbaycanın xarici borc yükü sürətlə artır

Hazırda imzalanmış sazişlər üzrə xarici dövlət borcu ÜDM-in 28,5 faizini, istifadə edilmiş kreditlərə görə 19,8 faizini təşkil edir.
İmzalanmış sazişlər üzrə adambaşına xarici dövlət borcları 1030 dolları ötüb.
2016-cı ilin 1 yanvar tarixinə beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10,3 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb . Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 6,9 mlrd. ABŞ dolları olub. İmzalanmış sazişlər üzrə xarici dövlət borcu ÜDM-in 28,5 faizini, istifadə edilmiş kreditlərə görə 19,8 faizini təşkil edib. Hazırda adambaşına imzalanmış sazişlər üzrə xarici dövlət borcunun miqdarı ilk dəfə olaraq min dolları aşaraq 1030 dollar təşkil edir.
2014-cü illə müqayisədə ötən il xarici dövlət borcu 273,1 mln. ABŞ dolları artıb, eyni zamanda ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-də xüsusi çəkisini kəskin şəkildə artıraraq, onun beşdə birinə çatdırıb. Nəzər alsaq ki, bu il iqtsiadiyyatda tənəzzülə görə ÜDM-in azalır, xarici dövlət borcları isə sürətlə artır, o halda ilin sonuna istifadə edilmiş kreditlərə görə xarici dövlət borcları ÜDM-in ücdə birindən, istifadə edilmiş kreditlərə görə isə dördə birindən çox olacaq. İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 58,6 faizi və ya 6 milyard dolları 10 ilədək olan müddətdə ödənilməlidir. Beləliklə də götürülmüş öhdəliklər üzrə dövlətin xaricə olan borcunun əsas hissəsi 2025-ci ilədək qaytarılmaldır, bu isə ildə orta hesabla 600 milyon dollar vəsaitin bu məqsədlər üçün istifadə ediləcəyini deməyə əsas verir.
Məlumat üçün qeyd edək ki, 2016-cı ilin 1 yanvar tarixinə Azərbaycan banklarının xarici öhdəliklər 5,5 milyard dollar, Azərbaycan Dövlət Neft Şirkətinin konsolidə edilmiş borcu 6,3 mlrd. dollar təşkil edib.
Yeri gəlmişkən onu da əlavə edək ki, Azərbaycan höküməti əlavə olaraq boclanmaya getmək üçün hazırda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə intensiv danışıqlar aparır. Eyni zamanda Azərbaycan və Asiya İnkişaf Bankı ölkənin enerji sisteminin yenidən qurulması üçün 1 milyard dollarlıq investisiya proqramı üzrə anlaşma memorandumu imzalanıb.
Göründüyü kimi bir vaxtlar xarici dövlət borclarının ÜDM-də xüsusi çəkisinə görə MDB məkanında ən yaxşı mövqedə dayanan Azərbaycan bu üstünlüyünü də itirməkdədir. Hazırda bu istiqamətdə yaranan narahatçılıq yalnız borcların ümumi məbləğinin artması deyil, həm də dövlət zəmanətli borcların səmərəsiz istifadəsinə görə onun qaytarılması yükünün sön nəticədə dövlət büdcəsinin üzərinə düşməsidir. Belə ki, ötən il dövlət büdcəsindən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin maliyyə vəziyyətinin pisləşməsinə, onun borcları ilə əlaqədar faiz ödənişlərinin artmasına görə kreditor borclarını ödəmək üçün uzunmüddətli, aşağı faizli kreditin verilməsi təmin edilib ki, bu da onsuz da gərgin durumda olan dövlət büdcəsinin maliyyələşdirmə imkanlarını daha da məhdudlaşdırır.

Qubad İbadoğlu, iqtisadçı ekspert
419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01