Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

‘Qaça bilirsən, qaç’

Nazirin öz oğlu ilə telefon danışığı – ‘Qaça bilirsən, qaç’

Türkiyənin siyasi həyatını alt-üst edən 17 dekabr əməliyyatı ilə bağlı istintaqın daha bir neçə detalı, daha dəqiqi nazirlərdən birinin oğlu və daha sonra məşhur siyasətçilərdən biri ilə telefon danışığı mediaya sızdırılıb. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat günü nazirlərdən birinin oğlu saat 06.36-da atasına zəng edərək “məni aparmağa” gəldilər deyib. Atasının cavabı isə belə olub: “Qaça bilirsən, qaç”.

Oğlunun zəngindən sonra nazir siyasətçilərdən birinə zəng edib ona həbs ediləcəyi ilə bağlı narahatlığını deyib. Narahatlığını həm özünün, həm də başqa siyasilərin evlərinə polis basqınları ilə izah edib. Adı çəkilməyən siyasətçi nazirə iş yerinə getməsini tapşırıb və ona məsələ ilə məşğul olacağını deyib.

Nazir daha sonra “mən sizə qabaqcadan bu xəbəri vermişdim” deyə şikayətlənib. Siyasətçi “sən araşdırma aparıldığını demişdin, düzdü” cavabını verib. Telefon danışığının bu hissəsində nazir qapının döyüldüyünü və polislərin gəldiyini deyir. Siyasətçi ona bildirir ki, əgər qaça bilərsə, qaçsın. Nazir bu arada saxlanmasının hansısa idman klubu ilə bağlı ola biləcəyini deyir.
1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22
“Dedi, 2 min m