Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2016

Türkiyə-İsrail münasibətləri normallaşma ərəfəsində

İsrailin “Yerusalem post” qəzeti iki ölkə arasında münasibətlərin düzəlməyə doğru getdiyini yazıb. Bu xəbəri türk medyası də təsdiqləyir. Qəzet bu informasiyanın hər iki ölkənin rəsmi mnbələri tərəfindən təsdiqləndiyini vurğulayıb.

Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş da dünən Nazirlər Şurasının iclasından sonra keçirilən birifnqdə “Mavi Marmara” insidentindn sonra pozulan münasibətlərin düzəlməsi üçün Türkiyənin İsrailə qarşı irəli sürdüyü şərtlərin üçdə ikisinin artıq təmin edildiyini bildirib.

İsrailin Haaretz qəzeti də baş nazir Benyamin Netanyahunun ABŞ Kongresinin rəsmi heyətinin qəbulunda uzlaşmanın çox yaxın olduğu və bunu üç dəfə təkrarladığını vurğulayıb.

Gələcək həftə hər iki ölkə rəsmilərinin Avropa ölkələrinin birində görüşü gözlənilir./musavat/
351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02