Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2016

Venesuela prezidenti parlamenti vətənə xəyanətdə günahlandırıb

Venesuela prezidenti Nikolas Maduro parlament rəhbərliyini vətənə xəyanətdə günahlandıraraq, müvafiq iddianı XİN və Prokurorluğa təqdim etmək niyyətində olduğunu bildirib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Maduronun bu cür addım atmasına səbəb parlament rəhbəri Enri Ramosun xarici dövlətlərə ölkədəki gərgin vəziyyətə müdaxilə etməsi ilə bağlı ünvanladığı çağırışı olub.

“Mən bütün xalqa parlamentin hakimiyyəti qəsb etməsini və vətənə xəyanət etməsini göstərəcək tarixi bir proses təşkil etmək niyyətindəyəm”, - deyə Maduro bildirib.

Ramos mayən 24-də BMT-də çıxış edəcəyini və ölkədəki vəziyyətə müdaxilə olunmasının vacibliyini bəyan edəcəyini bildirib.

“Ramosun bu hərəkəti cinayətdir”, deyə Maduro bildirib.

Venesuelada neftin qiymətinin aşağı düşməsinin səbəb olduğu kəskin ərzaq çatışmazlığı, yüksək inflyasiya və gəlirlərin azalması fonunda vəziyyət kritik həddə çatıb./apa/
462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı