Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2016

Bu ölkədə dövlət işçilərinin kütləvi tətili başladı

Dövlət işçilərini birləşdirən həmkarlar ittifaqının çağırışı ilə Belçikada ümumi tətillər başlayıb. Tətil nəticəsində nəqliyyatın, məktəblərin, xəstəxana və poçt xidməti bölmələrinin fəaliyyəti pozulub. Paytaxt Brüsselin Cənub dəmir yolu vağzalında elektrik qatarlarının bütün səfərləri ləğv edilib.

Həmkarlar ittifaqı hökumətin iş yerlərində ixtisarlara səbəb ola biləcək iqtisadi tədbirlərə dair təkliflərindən narazıdır. Etirazçılar əsasən iş həftəsinin artırılmasını və təqaüd yaşının yüksəlməsini nəzərdə tutan sosial islahatlardan imtina olunmasını tələb edirlər./KIV/
460 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber