Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

Əli Laricani: “İran nüvə münaqişəsinin həllinə hazırdır”

İran parlamentinin sədri Əli Laricani ABŞ-ın CNN telekanalına açıqlamasında ölkəsinin nüvə probleminin həlli üçün Qərblə apardığı danışıqlardan danışıb.

“Media forum” saytının məlumatına görə, Əli Laricani deyib ki, müzakirəyə qatılan tərəflər ciddi olsalar, İranın nüvə probleminin qısa müddətdə həlli mümkündür: “İran nüvə münaqişəsinin həllinə hazırdır. Amerika və digər ölkələr deyirlər ki, İran nüvə silahına yiyələnmək istiqamətində hərəkət etməməlidir. Biz isə nüvə silahı istehsal etmək niyyətində olmadığımızı sübut edə bilərik. Lakin onlar İranı nüvə hüququndan imtina etməli olan başqa bir istiqamətə yönəltmək istəyirlərsə, bu məsələnin həlli çox uzun çəkəcək. Elə buna görə də hesab edirik ki, problemin həlli üçün hər şey onlardan asılıdır”.

İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə növbəti nüvə danışıqları oktyabrın 15-i və 16-da Cenevrədə keçiriləcək. Danışıqlara İranın xarici işlər naziri Məhəmmədcavad Zərif və amerikalı həmkarı Con Kerri də qatılacaq.
1606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21