Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Öldürülən əsgərin ailəsindən məktub var

Naftalanda hərbi hissədə öldürülən əsgərin ailəsi musavat.com-a yazdı

Dekabrın 10-dan 11 ə keçən gecə xidmət etdiyi Naftalanın N saylı hərbi hissəsində müəmmalı şəkildə qətlə yetirilən əsgər Orxan Alıyevin ailəsi musavat.com-a məktub ünvanlayıb.
Musavat.com olaraq həmin məktubu təqdim edirik:

* * * *

Əslən Qərbi Azərbaycanlı olan Alıyev Orxan Şirazi oğlu 1994-cü il Bakı şəhərində anadan olub. Uşaqlıq illərindən idmana böyük maraq göstərib. Və bunun nəticəsi olaraq sağlam həyat tərzi sürüb, fiziki baxımdan heç bir problemi olmayıb. Heç bir zaman səhhəti ilə bağlı narazılığı olmayıb. Orxan vətəni Azərbaycanı qorumağı oxumaqdan üstün tutub və buna görədə Orxan oxumaq yerinə Azərbaycan ordusunun Silahlı Qüvvələri sırasına qoşulub. Xidməti zamanı səliqəli, qabaqcıl, vətənpərvər , qorxmaz əsgərlərdən biri olaraq seçilib.

Bir az da Orxanın şəxsi həyatından: Bakıda sadə zəhmət adamlarının ailəsində 3-cü övlad- sonbeşik idi. Ata -baba yurdu Ulu Göyçəsini çox sevərdi. Göyçə ilə bağlı televiziya verilişlərinə, internet səhifələrinə , böyüklərin söhbətlərinə diqqət kəsilərdi. Xaraktercə, çox ciddi idi, fiziki cəhətdən güclü olsa da, özündən zəiflərin müdafiəçisi idi. Haqsızlığa dözmürdü. Həqiqət uğrunda daima mübarizə aparırdı. Çox qürurlu idi, amma, dikbaş deyildi. Onu sındırmaq mümkün deyildi. Ölümü sınmaqdan üstün tuturdu. Çox güman ki, özündən yuxarı çağırışçılara belə qürurlu əsgərlər xoş gələ bilməzdi. Görünür zəif, cılız, paxıllar Orxanın sınmayan qüruru qarşısında, ən böyük ədalətsizliyə də imza ata biliblər.

Qeyd edək ki, çavuş Alıyev Orxan Şirazi oğlu dekabrın 10-dan 11 ə keçən gecə xidmət etdiyi Naftalanın N saylı hərbi hissəsində müəmmalı şəkildə qətlə yetirilib.

Naftalanda hərbi hissədə öldürülən əsgərin ailəsi musavat.com-a yazdı - (Foto-Video)
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı