Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2016

02 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında
İyunun 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 21-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
İyunun 02-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.
396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21