Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2016

Əli Həsənov hansı söz azadlığından danışır?

Yaxud, “Günahkar güc” ifdəsinə görə adam tutanların “günahsızıq” bəyanatı

Yalan danışmaq üçün də bacarıq lazımdır. Gərək, yalan inandırıcı olsun, yalan danışanın dili dolaşmasın, sifəti qızarmasın və s. Amma elə yalanlar var ki, ifşa olunub, daha arqument kimi istifadə edilə bilməz, ömrünü başa vurub. Bizim hökumət təmsilçiləri məhz ifşa olunmuş yalanları danışırlar. Ölkədə korrupsiya, repressiya, hüquqsuzluq, səfalət tüğyan edir, bunlar inkişafdan, şəffaflıqdan, qanunun aliliyindən danışırlar.

Məsələn, heç kimə sirr deyil ki, ölkədə söz və mətbuat azadlığı sıradan çıxarılıb. O da sirr deyil ki, tənqidi yazılarına görə xeyli sayda insan müxtəlif ittihamlarla həbs edilib və bu insanlar hələ də həbsdədir. Amma hökumət sözçüləri heç bir kompleks keçirmədən “Azərbaycanda tənqidə görə heç kim cəzalandırılmır” söyləyirlər.


Bugünlərdə prezidentin köməkçisi Əli Həsənov məlum məsələlərlə bağlı açıqlamalar verdi. Əli Həsənov əvvəlcə Xədicə İsmayılın həbsinə münasibət bildirdi: “Azərbaycanda 12 min jurnalist fəaliyyət göstərir və onların böyük əksəriyyəti hakimiyyəti Xədicə İsmayılovadan da sərt tənqid edir, lakin onlar azadlıqda müvəffəqiyyətlə fəaliyyət göstərirlər”.

İkinci açıqlamasında da Əli Həsənov jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmadığını sübut etməyə çalışdı: “Azərbaycanda fikir, söz və mətbuat azadlığının təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. 2009-cu İldə Azərbaycan Prezidenti cənab İlham Əliyev konkret mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasını məqsədəuyğun hesab edilmədini açıqlayıb. Həmin dövrdən bu vaxta kimi faktiki olaraq AR Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb”.

Əlbəttə, əksər hallarda tənqidi fikrə görə həbs olunmuş jurnalistlər, ictimai-siyasi xadimlər, gənc fəallar rəsmən fəaliyyət sahələrinə görə ittiham edilmirlər. Onlara qarşı müxtəlif ittihamalr irəli sürülür. Xədicə İsmayılın, Seymur Həzinin, Rauf Mirqədirovun həbsində olduğu kimi. Yaxud, AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev, bloggerlər Əbdül Əbilov, Rəşad Ramazanov və digərləri yazdıqları tənqidi fikirlərə görə həbs olunublar, rəsmən bunda ittiham edilməsələr də.

Amma rəsmən tənqidi fikrinə görə ittiham olunanlar da var. Məsələn, tanınmış ziyalılarımız Eldəniz Quliyev polis haqqında yazdıqlarına görə, Qulu Məhərrəmov AzTv-nin rəhbərini tənqid etdiyinə görə məhkəməyə verilib. Demək istəyirik ki, rəsmi ittihamalrda da tənqidi fikrinə görə məsuliyyətə cəlbetmə faktları mövcuddur. Yəni, Əli Həsənovun dediyi kimi, moratorium tətbiq olunmayıb və tənqidi fikrin susdurulması hökumətin siyasətinin əsas xəttini təşkil edib.

Əli Həsənov deyir ki, ölkədə 12000 jurnalist fəaliyyət göstərir və onların əksəriyyəti hakimiyyəti Xədicə İsmayıldan sərt tənqid edir. Amma Əli Həsənov bu 12000 jurnalistin arasından 12 nəfərin adını çəkə bilməyib və çəkə də bilməz.

Hökumətin ifşa edən, Əli Həsənovun arqumentlərini puç edən son fakt isə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsidir.Fuad Qəhrəmanlı rəsmən hakimiyyəti tənqid etməkdə ittiham olunur. İstintaq sənədlərində də yazılır ki, bu adam sosial şəbəkədəki qeydlərinə, “hakimiyyəti günahkar gücə bənzətdiyinə” görə həbs olunub. Əli Həsənov 12000 jurnalistin fəaliyyətinə istinad etməkdənsə, Fuad Qəhrəmanlıyla bağlı biabırçılığa münasibət bildirsin. Bəli, Əli Həsənovun söz və mətbuat azadlığından dəm vurduğu ölkədə tanınımış siyasi xadim məhz sözə görə ittiham edilir. Ona qarşı narkotik, xuliqanlıq, dələduzluq ittihamı irəli sürməyiblər, onun feysbuk statusundan yapşıblar.

Əli Həsənov belə ağız dolusu danışanda, heç olmasa ətrafında baş verənləri yadına salsın. Yüz dəfə “söz azadlığı” nağılı eşitməkdənsə, bir dəfə Fuad Qəhrəmanlıya qarşı yönəlmiş ittihama göz gəzdirmək bəs edir.

“Günahkar güc”ə görə adam tutanların günahsız olduqlarını sübut etməyə çalışması çox gülünc görünür./azadlıq/
374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı