Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2016

Şeyxin qardaşının adı keçən cinayət işinin yeni detalları – şok faktlar

Məhbəsdə olan iş adamı Müğdət Həşimov Cavanşir Paşazadə ilə imzaladığı müqaviləni ortaya çıxardı 


Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin ailə üzvləri ilə şərik olmuş Müğdət Həşimovun həbsə alınmasının detalları haqda yazmışdıq. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan M.Həşimova Cinayət Məcəlləsinin  179.3.2 (mənimsəmə) 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələri ilə ittiham elan olunub. M.Həşimov ittihamları qəbul etmir və Paşazadələrin sifarişi ilə həbsə atıldığını iddia edir. 

M.Həşimovun Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadənin bir hissəsini ötən saylarımızdan birində“Allahşükür Paşazadənin adı cinayət işində!!!” sərlövhəli yazı dərc etmişdik. Bu sayımızda həmin ifadənin ikinci hissəsini təqdim edirik. 

“Cavanşir Paşazadənin himayəsində olan ”Aygün"MMC..."

“Qanunsuz olaraq mənə qaldırılmış 213.1 maddəsi haqda  bildirmək istəyirəm ki,  deputat Cavanşir Paşazadənin mənə qarşı qanunsuz hərəkətləri saxta ittihamlarının tətbiqi ilə sonuclandı. Nəticədə 10 aya yaxın azadlıqdan məhrum olmuşam. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, bu işə başlayanda Paşazadələrlə mənim aramda 2 rəsmi müqavilə olub. 

1-ci müqavilə - 06.12.2012-ci il tarixli birgə fəaliyyət haqdadır. Müqavilənin şərtlərinə görə, Cavanşir Paşazadənin himayəsində olan “Aygün”MMC-nin təsisatı ilə Bank “VTB”dən 700 min manat kredit götürülüb. C.Paşazadənin adına olan Ş.Abdullayev 23 ünvanında olan klinikaya tibbi ləvazimat almağı öz öhdələrinə götürürlər. Mən isə 2018-ci ilə qədər həmin obyekti klinika kimi işlədərək oradakı qazancla bankı bağlayıram.


2-ci müqavilə isə 01.03.2013-cü ildə 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş idarə müqaviləsidir. Bu müqavilə C.Paşazadə ilə mənim təsisçisi olduğum “Medi-Sina” MMC arasında olub. Xüsusi olaraq vurğulayıram ki, Paşazadələrlə mənim aramdakı müqavilə şərtlərindən görünür ki, gələcəkdə yaranacaq mübahisələr mülki yolla həll olunmalıdır. İndi diqqət edin: Cavanşir Paşazadə mülki məsələni hansı qanuni üsullarla cinayət müstəvisinə çəkir.

İlk öncə 2018-ci ildə bitəcək icarə müqaviləsi şərtlərini kobud şəkildə pozaraq 2014-cü ilin fevral ayında obyekti qanunsuz bağlayaraq boşaltmağı tələb edir və buna nail olur. Mən məcburən rəsmi şəkildə 2014-cü ilin mart ayında vergiyə müraciət edərək şirkətin fəaliyyətini dayandırmışam. Sonradan mənə məlum olur ki, C.Paşazadə klinikanın bir hissəsini diş texniklərinə icarəyə verib. Həmin texniklər öz avadanlıqları ilə qanunsuz olaraq təsisçisi olduğum “Medi-Sina” MMC adına verilmiş lisenziya ilə fəaliyyət göstərirlər. Hansı ki, mən, “Medi-Sina” MMC-nin fəaliyyətini rəsmi olaraq dayandırmışam".

“Qanunları saymır, özü isə Milli Məclisdə qanunların qəbuluna səs verir”

M.Həşimov C.Paşazadəni onu qanunsuz olaraq dindirməyə cəlb etməkdə suçlayıb: “O, hüquq-mühafizə orqanlarında mənim qanunsuz dindirilmələrimi təşkil edir. Uzun müddət işləmədiyimə baxmayaraq, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının zənglərinə cavab verməli, aylarla bu orqanlara cağırılaraq izahat verməli oluram. Cavanşir Paşazadə isə inadından əl çəkməyərək bir tərəfdən öz obyektində qanunsuz biznesi himayə edir, digər tərəfdən bir ailə başçısını, bir sahibkarı müflis vəziyyətə salaraq nə işləməyə, nə yaşamağa imkan verir. Qanunları saymır, digər tərəfdən isə özü Milli Məclisdə qanunların qəbuluna səs verir”. 


“Verginin mənim şirkətimə 8 min manat borcu var”

Paşazadələrin həbsdəki şəriki bildirir ki, onun vergi orqanına borcu olmayıb, əksinə, vergi orqanı bu gün də ona borcludur. Amma bu, ona vergidən yayınma ittihamının irəli sürülməsinə mane ola bilməyib: 

“2015-ci ilin əvvəlində Bakı Vergilər Departamentinin Audit İdarəsinin 1-ci şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən Bəhman  Abbasov fəaliyyəti dayandırılmış ”Medi-Sina" klinikasının fəaliyyətini yoxlamaq istədiyini dedi. Mən ona başa saldım ki, klinika fəaliyyətini 01.03.2014-cü ildə dayandırıb. Eyni zamanda fəaliyyəti dayanmamışdan 1 həftə əvvəl şirkətdə səyyar vergi yoxlaması aparılıb. Elə həmin vaxt, yəni 20.02.2014-cü ildə vergi əməkdaşı Xəyal Babayevlə “Medi-Sina” MMC arasında 14770200.10321600-saylı vergi partnyorluğu sazişi bağlanıb. Bu sazişə əsasən, “Medi-Sina” MMC tərəfindən vergi orqanına 8 min manat pul köçürülüb. Ondan ötrü ki, 2014-cü ilin sonuna kimi şirkətlə vergi orqanı arasında qarşılıqlı anlaşma yaranır. C.Paşazadənin qanunsuz hərəkəti nəticəsində şirkətin bağlanmasına görə vergiyə ödədiyim 8 min manat toxunulmaz qalır. Yəni verginin mənim şirkətimə 8 min manat borcu var".


“Cavanşir Paşazadə bu obyekti bu gün qanunsuz işlədir”

M.Həşimov deputatın qanunsuz olaraq obyekt işlətdiyini deyir: “Bütün bunları vergi müfəttişi B.Abbasova başa salıram, eyni zamanda ona bildirirəm ki, Cavanşir Paşazadə bu obyekti bu gün qanunsuz işlədir. Fəaliyyəti rəsmi dayandırılmış şirkətin adı ilə indi bu vergi müfəttişi Bəhman Abbasovun sonrakı hərəkətlərinə fikir verin: B.Abbasov bunları bilə-bilə C.Paşazadənin obyektinə gedir, qanunsuz fəaliyyəti görmək əvəzinə, orada işləyən diş texniklərinin avadanlıqlarının şəklini çəkərək mənim şirkətimin adı ilə istintaq materiallarına təqdim edir və bəyan edir ki, guya mən vergidən yayınmışam. 

B.Abbasovdan soruşmaq lazımdır ki, hansı rüşvətin qarşısında bu boyda qanun pozuntusunu görməmisən, vicdanını itirmisən, bu ahıl yaşında özünü bu miskin vəziyyətə salmısan. Əgər orada vergidən yayınma vardısa, şirkət bağlanmazdan 1 həftə əvvəl aparılan səyyar vergi yoxlaması niyə onu görmürdü? 

B.Abbasova belə sözlərin xeyri yoxdur, ona rəhbərlik edən qurum araşdırma aparmalıdır ki, o, hansı şirkətin şəkillərini çəkərək istintaqa verib? Lisenziyasız işləyən obyektə gedib niyə aşkara çıxarmayıb, vergi orqanlarına məlumat verməyib? Mənə qarşı bu şərəfsizliyi, qanunsuz addımı hansı rüşvətin, hansı sifarişin qarşısında atıb? Nəhayət, onun əməlinə hüquqi qiymət verilməlidir”.

“Bu biabırçılığa nə ad vermək olar?”

M.Həşimov vergi ilə bağlı ittihamın saxtalığını vurğulamaqla istintaq zamanı baş tutan saxtakarlıqlara diqqət çəkir:“Hələ bu tragikomediyanın davamına baxın: Vergi Cinayətləri İbtidai Araşdırmalar Departamentinin İstintaq idarəsinin 3-cü şöbəsinin müstəntiq-metodisti Sərxan Cəfərov üzdəniraq vergi işçisi B.Abbasovun təqdimatı əsasında mənə qarşı 213.1 maddəsi ilə - yəni vergidən yayınma cinayət işi açıb. Rəsmi müqavilə bağladığım Cavanşir Paşazadə bu müstəntiq-metodist S.Cəfərovun gözünə Hacı Mazan - yəni Ramazan Zeynalov kimi görünüb. Burada rollar dəyişib, C.Paşazadə dönüb olub R.Zeynalov. 


Ramazan Zeynalov ( Hacı Mazan )

Bu yazıq gənc müstəntiqi necə qorxudublarsa, 9 saylı notariat kontorunda rəsmi bağlanılmış Cavanşir Paşazadə ilə mənim aramdakı müqaviləni bir tərəfə qoyub Hacı Mazanın dediklərinə istinad edərək ittiham aktı yazıb. Həmin aktdan sitat: ”01.03.2013-cü il tarixində  Ramazan Zeynalov ilə faktiki olaraq aylıq 8 min manata icarəyə götürərək bağladığı icarə müqaviləsində aylıq icarə haqqını 700 manat göstərməklə..." 

Bu biabırçılığa nə ad vermək olar? 

“Cavanşir Paşazadə, qulaqlarındakı pambığı çıxart, eşit”

Müğdət Həşimov Cavanşir Paşazadənin qanunsuz əməllərinin bitib tükənmədiyini iddia edir: “Əlimdə olan digər sənədləri və onun başçılığı altında fəaliyyət göstərən biznes sahələrindəki biabırçılıqları da təqdim edəcəyəm. Onun qohumlarının və özünün gözüyaşlı qoyduğu ana-bacılarımızın səsini bu xalqa eşitdirmək, göstərmək zamanıdır. Paşazadələrin sifarişi ilə alətə çevrilən məmurları ifşa etmək zamanıdır.  Cavanşir Paşazadə, qulaqlarındakı pambığı çıxart, eşit -  möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dediklərini sənə bir də xatırladıram:

”Bu ölkədə toxunulmaz şəxs yoxdur". Sən də istisna deyilsən!"/musavat/
467 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20