Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2016

Xəstəxanada dəhşət: özünü 5-ci mərtəbədən atdı

Bakıdakı xəstəxanalardan birində intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, dünən saat 18 radələrində Respublika Nevrocərrahiyyə Xəstəxanasında Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Əsgərov Qoşqar İsrail oğlu özünü müalicə olunduğu korpusun 5-ci mərtəbəsindən atıb. Ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 46 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, Q.Əsgərov mayın 26-da Respublika Nevrocərrayihhə Xəstəxanasına yerləşdirilib və ona kəllə-beyin travması diaqnozu qoyulub.

Q.Əsgərovun hansı səbəbdən intihar etdiyi hələlik dəqiq bilinmir.
370 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı