Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2016

Gədəbəydə dəhşət: 16 yaşlı oğlan baba və nənəsini öldürdü

Gədəbəy rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini Səyyad Ələsgərov və onun həyat yoldaşı Bəsti Əliyeva qətlə yetirilib. Ər-arvadın üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti yaşadıqları evdə aşkar olunub.

Hadisə yerinə Gədəbəy rayon prokurorluğu və polis şöbəsinin əməliyyat qrupu gəlib. Qətlin səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

İlkin məlumata görə, yaşlı ər-arvad 16 yaşlı nəvəsi ilə yaşayırmışlar. Elə 16 yaşlı yeniyetmə şübhəli şəxs qismində saxlanılıb və prokurorluqda dindirilir. Yaşlı ər-arvadın 16 yaşlı nəvələri tərəfindən öldürüldüyü ehtimal edilir./teleqraf/
481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP