Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2016

Etirazlar Fransanı qaranlıqda qoyub

Nəqliyyat işçilərinin tətili "Avro-2016" ərəfəsində turistlərin azalmasına gətirib çıxara bilər.
Fransada enerji ehtiyyatları tükənib. Etiraz aksiyaları səbəbindən atom stansiyaları işini dayandırıb. 125 min ev işıqsız qalıb. Dəmiryolları və ictimai nəqliyyatdan sonra hava nəqliyyatı işçiləri də etirazlara qatılıb.

Fransada əmək qanunvericiliyən edilən dəyişikliyə qarşı etiraz aksiyaları getdikcə daha geniş miqyas alır. Ötən gün "Air France" işçiləri iyun ayında tətil elan edəcəyini bildiriblər. Tətillərin iyun ayının 10-u başlayan "Avro-2016"ya gələcək turistlərin sayına ciddi təsir edəcəyi deyilib.

Vətəndaş aviasiyası sektorunda planlanan 3 günlük tətil isə təxirə salınıb. Avia dispetçerlərin Həmkarlar İttifaqı ilə danışıqlar aparan Nəqliyyat naziri Alen Vidali 3-5 iyun aralığında uçuşlarda ləngimənin olmayacağını bildirib.

Ölkədəki etirazlara görə atom elektrik stansiyalarının istehsalı 2.400 meqavatt azalıb. İşçilər 19 stansiyada fəalliyəti dayandırıb. Fransada elektrik veriliş 70 faizdən 50 faizə enib. Elektrik enerjisinin qiyməti 43.8 Avrodan 73.9 Avroya yüksəlib. Dövlət rəsmiləri qərb bölgəsində 125 min abunəçiyə enerjinin verilməsi dayandırılıb. Həmkarlar ittifaq əmək qanunu dəyişdirilməyəcəyi təqdirdə aksiyaların davam edəcəyini bildirib.

Əmək qanunu iyunun 8-də senata təsdiq edilməsi üçün təqdim ediləcək. Etirazçılar həmin günə qədər aksiyaların davam edəcəyini deyirlər./ans/
345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<