Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2016

Çörəklə imtahana çəkilənlər

Onları «siyasi məhbus» adlandırmaq olarmı?

Səfalətin rəngi çox tündləşib. Indi hər yerdə bu rəngi görmək olur. Azərbaycan elə bir ölkədir ki, burada kasıb adam ola bilər, amma çörəyə möhtac adam olmamalıdır. Çünki, Azərbaycan varlı ölkədir, 8-9 milyon əhalinin normal yaşaması üçün ölkədə bütün imkanlar var. Amma faktlar onu göstərir ki, bu var-dövlətin sadə vətəndaşı aidiyyəti yoxdur. Sadə vətəndaş yaşamaq uğrunda ölüm-dirim savaşı aparmalıdır. Vəziyyət o həddə çatıb ki, ölkəmizdə çörək məhbusları da var.

Ötən gün sosial şəbəkələrdə yayılan bir xəbər hamını dəhşətə gətirdi. Məlum oldu ki, Cəlilabad rayonunda 10-12 yaşlı uşaqlar çörək və qənd oğurladığına görə həbs olunublar. Cəlilabad rayon polis şöbəsindən hadisəni təsdiqləyiblər. Amma əlavə ediblər ki, uşaqlar çörəyi və qəndi satmaq məqsədilə oğurlayıblar. Təbii ki, biz oğurluğa haqq qazandırmırıq və bunu pisləyirik. Amma bu hadisə Azərbaycan reallığının bir hissəsidir.

Əvvəla, uşaqların qənd və çörəyi satmaq məqsədilə oğurlaması real görünmür. Mağazada satıla biləcək yüzlərlə məhsul olduğu halda, uşaqlar niyə 40 qəpiklik çörək oğurlamalıdır? Çörək nadir tapıntıdır ki, bir mağazadan oğurlayıb, rayon mərkəzindəki bazara satmağa aparalar?

Ikincisi, çörək oğurluğuna görə uşağı polisə təhvil vermək qəhrəmanlıq yox, insafsızlıqdır. 23 ildir haqqımız oğurlanır, sərvətimiz oğurlanır, səsimiz oğurlanır, qürurumuz oğurlanır və bütün bunlara səssiz qalırıq. Amma 10 yaşlı uşağın 40 qəpiklik çörək oğurlamasına dözə bilmirik. Bugünlərdə analoji hadisə ABŞ-da da baş vermişdi. Polislər marketdən ərzaq oğurlayan qadını həbs etmək əvəzinə, qadının bütün ərzaq ehtiyaclarını ödəyərək evinə aparmışdılar. Çünki, başa düşürdülər ki, qadının peşəsi oğurluq deyil, sadəcə olaraq onu imkansızlıq buna vadar edib.

Azərbaycanda çox az mağaza tapmaq olar ki, “nisyə dəftəri” olmasın. Bu ölkədə “nisyə dəftəri”nə 100, 200, 300 manat çörək borcu yazdıranlar var. Deməli, mağazalar nisyə çörək verməsələr, bu adamlar da potensial çörək oğrularıdı.

Bəzi ağzıgöyçəklər “92-93-cü illərdə çörək növbələri olurdu, çörək tapa bilmirdik” deyərək, mövcud hakimiyyətə haqq qazandırmaq, yarınmaq istəyirlər. Amma 2016-ci ildə ölkədə çörək bol olsa da, çörək tapmayanlar var. Bu ölkədə şərlənərək həbs olunmuş 10-larla vicdan məhbusu var. Bu ölkədə yarıtmaz siyasətə etiraz edən 100-lərlə mübariz vətəndaş var. Onlar ölkə insanının çörəklə imtahan edilməməsi üçün mübarizə aparırlar. Milyardlarla sərvəti olan ölkənin vətəndaşı 40 qəpiklik çörəyə görə zindan həyatı yaşamağa məcbur olur. Ölkə vətəndaşı borc içindədir, insanlar zəruri ehtiyacları ödəyə bilmədiklərinə görə intihar edirlər. Bu gedişlə, hamının bir gün çörək oğrusuna çevriləcəyi realdır. Məmurlar milyardlara tamah salanda, vətəndaşın çörəyə tamah salması zəruriləşir.

Ölkədə “Dolma festivalı”. “Süd festivalı”, “Pendir Festivalı” keçirməklə fəxr edənlər, “çörək məhbusları” ilə də fəxr edə bilirlərmi? “Avropa oyunları”na ev sahibliyi edən ölkənin vətəndaşı evinə çörək apara bilmir. Çörəyi dizinin üstündə olanların sayəsində dizini yerə qoyub çörək axtaranlar var.

Sizcə, çörək oğrularını da “siyasi məhbus” adlandırmaq olarmı?/azadlıq/
431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
0