Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Ermənilər Sərsəng su anbarını açaraq sel təhlükəsi yaradırlar

Tərtər çayında suyun səviyyəsi xeyli artıb.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, ermənilər Sərsəng su anbarını açaraq sel təhlükəsi yaradırlar.

Yerli sakinlər deyirlər ki, Azərbaycan tərəfində təsərrüfatın suya ehtiyacı olmadığı bir vaxtda ermənilər suyun qarşısını açır, əkin-biçinin qızğın qövründə çayın qabağını qəsdən bağlayırlar.

Kənd sakini Alim Əsgərov bildirib ki, ermənilər işğal altında yerləşən Sərsəng su anbarından suyu çox miqdarda buraxmaqla əhalinin yaşayış tərzini xeyli çətinləşdiriblər. Əgər əvvəlki illərdə mənfur qonşularımız suya zəhərli maddə və tullantılar axıdırdılarsa, son illərdə partlamamış hərbi sursat və minalar axıdırlar. Bu, çayın Tərtər rayonu ərazisindən keçən hissəsində yaşayan sakinlərin həyatı üçün birbaşa təhlükə yaradır.
1670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber