Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2016

İraqdan türk əsgərinə “çıx” mesajı

İraq hökuməti ölkədəki Türkiyə hərbçilərinin çıxarılmasını müzakirə etmək məqsədi ilə Türkiyəyə yeni bir səfir göndərib.

Bu haqda İraqın ABŞ-dakı səfiri Loğman Feyli deyib.

“Yeni səfirimizi Ankaraya göndərdik. Bununla da müzakirələr və dialoq mövzusunda ciddi olduğumuz barədə Türkiyəyə yeni bir mesaj verdik”, - səfir bildirib.

Qeyd edək ki, İraq hökuməti Mosul şəhərinin yaxınlığındakı Başika düşərgəsində Türkiyə hərbi qüvvəsinin yerləşdirilməsini ölkənin suverenliyinin pozuntusu kimi qiymətləndirir.

İraqlı səfir türk əsgərinin İraqdan çıxarılması üçün ABŞ və digər ölkələrlə müzakirələrin aparıldığını vurğulayıb.

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov da bir neçə gün bundan əvvəl “Kommersant” nəşrinə müsahibəsində Rusiyanın Türkiyədən öz qoşunlarını İraqdan çıxarmasını tələb etdiyini deyib. Onun sözlərinə görə, Ankaranın hərəkətləri tamamilə qəbuledilməzdir./axar/
413 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı