Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2016

ABŞ-da 16 nəfər daşqınların qurbanı oldu

ABŞ-ın Texas ştatında daşqın qurbanlarının sayı 16 nəfərə çatıb.

TASS agentliyinin verdiyi xəbərə görə, Fort-Hud hərbi bazası yaxınlığında ABŞ Silahlı Qüvvələrinə məxsus yük maşınının sel aparması nəticəsində itkin düşən daha 4 hərbi qulluqçunun meyiti aşkarlanıb.

Fort-Hud hərbi bazasının rəis müavini Con Uberti məlumatı təsdiqləyib.

Bundan əvvəl 5 hərbçinin öldüyü, 3-ün itkin düşdüyü bildirilirdi.

Beləliklə, son həftə ərzində Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 16-ya çatıb./apa/
452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP