Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2016

Suriya ordusu İŞİD-ın “paytaxtı“na girə bildi - İki ildən sonra

Suriya ordusu 2014-cü ildən bəri İŞİD terror təşkilatı tərəfindən tutulan və terror qruplaşmasının "paytaxtı" elan edilən Raqqaya girə bilib.

Suriya ordusu Rakka vilayətinin sərhədini Rusiya aviasiyasının dəstəyi ilə keçə bilib.

Bu barədə informasiyanı "France Press" agentliyi yayıb.

Rusiya aviasiyası ötən gündən Həma əyalətin əraziləri zəbt edən İŞİD-ə güclü zərbələr endirib. Bundan sonra Suriya ordusu Raqqa ilə sərhədə yaxınlaşmağa müvəffəq olub.

Suriya ordusu bir neçə gün idi ki, Raqqa ətrafında əməliyyata başlamışdı "Al-Akhbar" qəzetinin yazdığına görə, ordu qüvvələrinin ilk hədəfi At-Tabka şəhərini azad etmək olub. Bu şəhər Raqqanın şərqində yerləşir.

Hərbi mənbələrə istinadən yayılan xəbərlərə görə, Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə strateji əhəmiyyəti olan Əbu əl-İlyacı azad ediblər. Hazırda isə 30 km aralıda olan At-Tabkaya doğru hərəkət edirlər.

Əməliyyat zamanı terrorçu qüvvələr itki də veriblər. Minimum iki terrorçu sağ ələ keçirilib.

Bu ilin martında Suriya ordusu Rusiyanın köməkliyi ilə mədəni irs hesab edilən Palmira şəhərini terrorçulardan azad edib. Martın 27-də Suriya ordusu təxminən bir ildir ki, İŞİD terror təşkilatı tərəfindən tutulan Palmira şəhərini terrorçulardan tamamilə azad edib. Hökumət qüvvələri tərəfindən verilən açıqlamada tarixi şəhər hesab edilən Palmiranın geri alındığı və terror təşkilatı üzvlərinin Rakka,Deyr Əz-Zoraya geri çəkildiyi bildirilib.

Suriya ordusuna aid olan partlayıcı zərərsizləşdirən mütəxəssislərin də şəhərə yerləşdirilən onlarla bombanı zərərsizləşdimək üçün ərazidə işlər apardığı bildirilib.
424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı