Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2016

"ABŞ-ı birbaşa müharibədə dünyadan silməyə hazırıq"

İran ordusunun nümayəndəsi general Cəzayiri İranın ABŞ təhdidlərinə qarşı hər zaman hazır olduğunu bildirərək "Biz dünya xalqlarını istismar etməyə çalışan ABŞ-ı birbaşa müharibədə dünyadan silməyə hazırıq", deyə bildirib. General Cəzayiri "Lazım bildikdə İran qarşısında hərbi variantımızı də istifadə edərik" deyən ABŞ prezidentliyinə namizədlərindən Hillari Klintonun ifadələrinə cavab olaraq "Biz ABŞ-ın hər cür təhdid və təcavüzünə qarşı hər zaman hazırıq" açıqlamasını verib. İran ordusunun və millətinin müharibə tərəfdarı olmadığını bildirən general Cəzayiri "Ancaq İran özünü müdafiə etmək üçün ABŞ tərəfindən atılan hər bir hərbi addımın cavabını verəcək", deyə vurğulayıb./eastnews/
340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber